...

Bakıda xadimə qadın işlədiyi evdən külli miqdarda pul oğurladı

Hadisə Materials 21 İyul 2022 11:34 (UTC +04:00)
Bakıda xadimə qadın işlədiyi evdən külli miqdarda pul oğurladı
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

Bakıda xadimə işlədiyi evdən külli miqdarda oğurluq edib.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, Səbail RPİ-nin 9-cu Polis Bölməsinə iyulun 13-də rayon ərazisindəki mənzillərin birində seyfdən 10.000 manat və 8.000 avronun oğurlanması barədə müraciət daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən xadimə, Bakı şəhər sakini R.Cabbarova müəyyən edilərək saxlanılıb. Araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti