Bakı. Trend:
Ağdaş rayon sakininin dərman həbləri qəbul edərək intihara cəhd etməsi faktı araşdırılır.
Baş Prokurorluğun Mətbuat xidmətindən Trend-in sorğusuna cavab olaraq bildirilir ki, Vətən müharibəsi iştirakçısı 1987-ci il təvəllüdlü, Ağdaş rayon Nehrəxəlil kənd sakini Vüsal Məmmədovun dərman həbləri qəbul edərək intihara cəhd etməsi faktı ilə bağlı Ağdaş rayon prokurorluğunda araşdırma aparılır.