...

İyulda axtarışda olan 239 nəfər sərhəddə tutulub - DSX

Hadisə Materials 1 Avqust 2022 11:35 (UTC +04:00)
İyulda axtarışda olan 239 nəfər sərhəddə tutulub - DSX
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

İyul ayında cinayətkarlığa qarşı mübarizə tədbirləri nəticəsində Azərbaycan Rеspublikası hüquq-mühafizə оrqanları tərəfindən axtarışda оlan 239 nəfər aşkarlanaraq aidiyyəti оrqanlara təhvil vеrilib.

Bu barədə Trend-ə Dövlət Sərhəd Xidmətindən (DSX) məlumat verilib.

Qeyd olunub ki, ölkədən çıxışı qadağan olan 516 nəfərin ölkəni tərk etməsinin, girişi qadağan olan 15 nəfərin Azərbaycan Respublikasına daxil olmasının qarşısı alınıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti