...

Səlim Müslümovun məhkəməsi təxirə salındı

Hadisə Materials 1 Avqust 2022 13:42 (UTC +04:00)
Səlim Müslümovun məhkəməsi təxirə salındı
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

Bakı Ağır Cinayətlər Məhkəməsində sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun cinayət işi üzrə bu gün keçirilməli olan məhkəmə prosesi təxirə salınıb.

Trend-in məlumatına görə, prosesin təxirə salınmasına səbəb məhkəmə heyətinə daxil olan hakim İlham Mahmudovun koronavirus testinin pozitiv çıxması olub.

Xatırladaq ki, Səlim Müslümov DTX tərəfindən keçirilən xüsusi əməliyyatla həbs olunub.

Sabiq nazir Cinayət Məcəlləsinin 308.2-ci (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2-ci və 311.3.3-cü (təkrar külli miqdarda rüşvət alma) maddələri ilə ittiham olunur.

Səlim Müslümov barəsində ilk olaraq həbs qətimkan tədbiri seçilsə də sonradan səhhətindəki problemlərlə bağlı ev dustaqlığına buraxılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti