Bakı. Trend:
Sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov məhkəmə müdafiəsi üçün iki vəkillə müqavilə bağlayıb.
Trend-in məlumatına görə, sabiq nazirin hüquqlarını Xırdalan şəhər vəkil bürosundan Ayxan Rüstəmzadə və Toğrul Vəliyev müdafiə edəcək.
Xatırladaq ki, Səlim Müslümov DTX tərəfindən keçirilən xüsusi əməliyyatla həbs olunub.
Sabiq nazir Cinayət Məcəlləsinin 308.2-ci (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2-ci və 311.3.3-cü (təkrar külli miqdarda rüşvət alma) maddələri ilə ittiham olunur.
Səlim Müslümovun barəsində ilk olaraq həbs qətimkan tədbiri seçilsə də sonradan o, səhhətindəki problemlərlə bağlı ev dustaqlığına buraxılıb.