...

Bakıda iki avtomobil yanıb

Hadisə Materials 4 Avqust 2022 18:18 (UTC +04:00)
Bakıda iki avtomobil yanıb

Bakı. Trend:

Bakı şəhərinin Sabunçu rayonunda “Ford” markalı yük avtomobilinin yanar hissələri və banına yığılan tikinti materialları yanıb.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Bakı şəhərinin Xəzər rayonunda isə "Mercedes" markalı minik avtomobilinin mühərrik hissəsi yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.

Hər iki yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti