Bakıda mənzildən meyit tapılıb

Hadisə Xəbər 14 Avqust 2022 20:15 (UTC +04:00)
Bakıda mənzildən meyit tapılıb

Bakı. Trend:

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Yasamal rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

FHN-dən Trend-ə bildirilib ki, hadisə yerinə cəlb olunan Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1 nəfərin meyitini aidiyyəti üzrə təhvil veriblər.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti