...

Şamaxıda yanğın hadisəsi baş verib

Hadisə Materials 16 Avqust 2022 23:47 (UTC +04:00)
Şamaxıda yanğın hadisəsi baş verib

Bakı. Trend:

Bu gün axşamüstü Şamaxıda yanğın hadisəsi baş verib.

Trend xəbər verir ki, hadisə saat 19:30 radələrində Şamaxının Mədrəsə qəsəbəsində, Qaranohur deyilən ərazidə olub. Yanğın tezliklə 3 hektara yaxın örüş sahəsini əhatə edib.

Hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyinin Şamaxı yanğından mühafizə hissəsinin şəxsi heyəti və 2 yanğınsöndürən maşını cəlb edilib.

Alovla mübarizə davam edir. Ərazi dağlıq və kol-kosluq olduğundan yanğının söndürülməsində çətinliklər yaranıb.

Hazırda yanğınla mübarizəyə Şamaxı yanğından mühafizə hissəsindən 30 nəfər şəxsi heyət və 4 yanğınsöndürən avtomaşını, habelə Ağsu rayonundan köməyə gələn 1 yanğınsöndürən avtomobil və 7 nəfər şəxsi heyət cəlb olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti