...

Sumqayıtda dənizdə batan şəxsin meyiti tapılıb

Hadisə Materials 18 Avqust 2022 13:24 (UTC +04:00)
Sumqayıtda dənizdə batan şəxsin meyiti tapılıb

Bakı. Trend:

Sumqayıtda dənizdə bir nəfər batıb.

Fövqəladə Hallar Nazirliyindən (FHN) Trend-ə verilən məlumata görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Sumqayıt şəhərində, dənizdə (ən yaxın sularda xilasetmə məntəqəsindən təqribən 1 km aralı, nəzarətsiz ərazi) 1 nəfərin batması barədə məlumat daxil olub.

Hadisə yerinə cəlb olunan FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən meyit sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti