...

Siyəzəndə yanğın lokallaşdırılıb

Hadisə Materials 20 Avqust 2022 18:26 (UTC +04:00)
Siyəzəndə yanğın lokallaşdırılıb

Bakı. Trend:

Siyəzən ərazisində baş verən yanğın lokallaşdırılıb. Hazırda bir qədər tüstülənmə var.

Trend xəbər verir ki, bunu Şabran Regional Meşə Təsərrüfatı Mərkəzinin rəhbəri Elbrus Əliyev bildirib.

O qeyd edib ki, Siyəzən rayonunun Allahyarlı kəndindən başlayan yanğın isti hava və külək nəticəsində meşə ərazisinə keçib və nəticədə 2 hektar meşə fondu ərazisinə ziyan dəyib. Tüstülənən ərazilərin söndürülməsi istiqamətində təxirəsalınmaz tədbirlər davam etdirilir: “Yanğının söndürülməsində nazirliyin yerli qurumlarının 100-dən çox əməkdaşı iştirak edib”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti