...

Bakıda evdə yanğın olub

Hadisə Materials 11 Sentyabr 2022 10:52 (UTC +04:00)

Bakı. Trend:

Bakı şəhərinin Nəsimi rayonunda çoxmərtəbəli mansarda tipli yaşayış binasında ümumi sahəsi 140 m² olan mənzilin 1 otağının tavanı 1 m² sahədə, sahəsi 80 m² mansardanın yanar konstruksiyaları 10 m² sahədə və binanın dam örtüyü 10 m² sahədə yanıb.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, mənzilin, mansardanın və dam örtüyünün qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti