Bakı. Trend:
Magistral su kəmərində baş vermiş qəzanın aradan qaldırılması ilə əlaqədar Ağcəbədi şəhərinə içməli suyun verilməsində məhdudiyyətlər yaranıb.
Trend xəbər verir ki, hazırda “Azərsu” ASC-nin qəza briqadası və texnikası qəza yerində işləyir. Qəza aradan qaldırıldıqdan sonra şəhərə suyun verilişi bərpa olunacaq.
Narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.