...

Bakıda dəhşətli qəza - Akademiyanın tələbəsi və əməkdaşı öldü

Hadisə Materials 23 Sentyabr 2022 16:37 (UTC +04:00)
Bakıda dəhşətli qəza - Akademiyanın tələbəsi və əməkdaşı öldü
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Bu gün Zabrat-Maştağa yolunda dəhşətli qəza baş verib. Yük avtomobili Dövlət Gömrük Akademiyasının əməkdaşını və tələbəsini vuraraq öldürüb.

Bunu Trend-ə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin (DYP) baş inspektoru polis mayoru Araz Əsgərli bildirib.

Onun sözlərinə görə, Firdovsi Eyvazovun idarə etdiyi "KamAZ" markalı yük avtomobili hərəkətdə olan zamanda yolu keçmək istəyən Bakı sakini, 2004-cü il təvəllüdlü Elvin Əzizlini və Ağdaş rayon sakini, 22 yaşlı Rəsulova Sevgi Arzu qızını vurub.

Onlar aldıqları xəsarətlər nəticəsində hadisə yerində vəfat ediblər.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, Sevgi Rəsulova Dövlət Gömrük Akademiyasının əməkdaşı, Elvin Əzizli isə həmin təhsil müəssisəsinin II kurs tələbəsi olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti