Bakı. Trend:
Bakı şəhəri, Sabunçu rayonunda ümumi sahəsi 25 m² olan birmərtəbəli evin yanar konstruksiyaları yanıb.
Fövqəladə Hallar Nazirliyindən Trend-ə bildirilib ki, yaxınlıqdakı evlər yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.