...

Sabirabadda ağac kəsən şəxslərə cinayət işi başlandı

Hadisə Materials 13 Dekabr 2022 10:07 (UTC +04:00)
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

Sabirabad rayonu Cavad kəndi ərazisində Kür çayının mühafizə zolağında yulğun kollarının kəsilərək məhv edilməsi ilə bağlı Sabirabad rayon prokurorluğuna daxil olmuş material əsasında araşdırma aparılıb.

Sabirabad rayon prokurorluğundan Trend-ə verilən məlumata görə, araşdırmalarla Dəllər kəndinin bir neçə sakininin qabaqcadan əlbir olan bir qrup şəxs halında noyabrın 24-də Kür çayının mühafizə zolağına gələrək özləri ilə gətirdikləri baltalarla ərazidə olan 47 ədəd yulğun kolunu kəsərək təbitətə ümumilikdə 3 min 760 manat məbləğində maddi ziyan vurmalarına əsaslı şübhələr müəyyən edilmişdir.

Faktla bağlı Sabirabad Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 259.3 (meşələrdə və ya xüsusi mühafizə olunan təbiət ərazilərində ağacların, kolların və ya digər yaşıllıqların qanunsuz kəsilməsi qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddəsi ilə cinayət işi başlanaraq istintaqın aparılması Sabirabad RPŞ-nin İstintaq Bölməsinə tapşırılıb.

Hazırda istintaq davam edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti