Bakı. Trend:
Bu gün saat 13 radələrində Nəsimi rayonunda bıçaqlanma hadisəsi ilə bağlı polisə məlumat daxil olub.
DİN-in mətbuat xidmətindən Trend-ə bildirilib ki, rayonun Asif Məhərrəmov küçəsində yerləşən bərbərxanaların birində bərbər işləyən 1994-cü il təvəllüdlü İsmət Qədirov münaqişə zəminində 1994-cü il təvəllüdlü Ilkin Qurbanlıya müxtəlif dərəcəli bıçaq xəsarətləri yetirməklə onu qətlə yetirib.
Polisin keçirdiyi tədbirlərlə cinayət əməlini törətməkdə şübhəli bilinən İ.Qədirov saxlanılaraq istintaqa təhvil verilib.