...

Bakıda iki qardaş sexdən 10 min 500 manatlıq oğurluq etdi

Hadisə Materials 22 Dekabr 2022 10:52 (UTC +04:00)
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

Bakıda sexdən oğurluq edən iki qardaş saxlanılıb.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, paytaxtınn Yasamal rayonunun A.M.Şərifzadə küçəsində yerləşən avtomobil təmiri sexlərinin birindən 10.500 manat dəyərində səsboğucu və 4 ədəd səsboğucu göstəricisinin qeyri-aşkar şəraitdə oğurlanması barədə polisə məlumat daxil olub.
Yasamal RPİ 28-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluq əməlində şübhəli bilinən Zaqatala rayon sakinləri, əvvəllər məhkum olunmuş Faiq Buğluyev və qardaşı Tərlan müəyyən olunaraq saxlanılıblar.

Xəbər lenti

Xəbər lenti