...

Bakıda evdə yanğın olub

Hadisə Materials 24 Dekabr 2022 08:55 (UTC +04:00)
Bakıda evdə yanğın olub

Bakı. Trend:

Bakı şəhərinin Sabunçu rayonunda yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, rayonda bir dam altında tikilən birmərtəbəli evlərdən ümumi sahəsi 60 m² olan 2 otaqlı evin yanar konstruksiyaları, ümumi sahəsi 100 m² olan 2 otaqlı evin 1 otağının yanar konstruksiyaları 25 m² sahədə və dam örtüyü 60 m² sahədə yanıb. Yüksək temperaturdan evin mətbəxinin lambirdən ibarət tavanı 15 m² sahədə əriyib.

Evin qalan hissəsi və bitişik evlər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti