...

Metro qatarında problem yarandı, interval uzandı

Hadisə Materials 5 Yanvar 2023 17:54 (UTC +04:00)
Metro qatarında problem yarandı, interval uzandı
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

Bakı metrosunda qatarda növbəti dəfə problem yaranıb.

Bakı Metropoliteninin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov Trend-ə açıqlamasında bildirib ki, "Nizami" stansiyasında vaqonlardan birinin qapısının bağlanmasında problem yaranıb.

"Təlimat qaydalarına uyğun baxış təyin edilib. Qatara əlavə baxış keçirilməsi zərurəti yarandığından sərnişinlər stansiyada düşürülüb. Qatar mənzili sərnişinsiz qət etdiyi üçün, iki qatar arasında olmaq şərtilə, intervaldan əlavə 2 dəqiqəlik yubanma qeydə alınıb.
Hazırda problemin səbəbləri araşdırılır", - B. Məmmədov deyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti