...

“Sədərək” TM-dəki yanğınla mübarizə tədbirləri davam etdirilir (FOTO/VİDEO) (ƏLAVƏ OLUNUB)

Hadisə Materials 8 Yanvar 2023 20:31 (UTC +04:00)

Bakı. Trend:

Fövqəladə Hallar Nazirliyi tərəfindən Bakı şəhərinin Qaradağ rayonunda yerləşən “Sədərək” ticarət mərkəzində baş vermiş yanğınla mübarizə tədbirləri davam etdirilir.

Nazirlikdən Trend-ə bildirilib ki, fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev hazırda hadisə yerindədir.

XXX

20:20

TƏBİB-in tabeliyindəki Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına saat 18:22 radələrində “Sədərək” ticarət mərkəzində yanğın olması ilə bağlı çağırış daxil olub.

TƏBİB-dən Trend-ə bildirilib ki, yanğın səbəbilə hadisə yerinə 4 təcili tibbi yardım briqadası göndərilib.

XXX

19:53

Xəbər verildiyi kimi, Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhərinin Qaradağ rayonunda yerləşən “Sədərək” ticarət mərkəzində yanğın baş verməsi barədə məlumat daxil olub və dərhal FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri çağırış üzrə cəlb olunub.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə bildirilib ki, hazırda FHN-in qüvvələri tərəfindən yanğınla mübarizə tədbirləri davam etdirilir.

XXX

19:49

"Sədərək" TM-də baş verən yanğınla əlaqəli polis və aidiyyəti dövlət qurumlarının əməkdaşları hadisə yerinə cəlb edilib.

Daxili İşlər Nazirliyindən Trend-ə bildirilib ki, təhlükəsizlik tədbirləri görülür. Ziyanın miqyasını azaltmaq üçün tədbirlər görülür. Bu məqsədlə əraziyə əlavə canlı qüvvə çıxarılıb.

XXX

19:00

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhərinin Qaradağ rayonunda “Sədərək” ticarət mərkəzində yanğın baş verməsi barədə məlumat daxil olub.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə bildirilib ki, məlumat qəbul ediləndən dərhal sonra FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti