...

“Sədərək” TM-dəki yanğınla bağlı 3 nəfərə yerində tibbi yardım göstərilib

Hadisə Materials 8 Yanvar 2023 23:58 (UTC +04:00)
“Sədərək” TM-dəki yanğınla bağlı 3 nəfərə yerində tibbi yardım göstərilib

Bakı. Trend:

“Sədərək” ticarət mərkəzində yanğın baş verməsi səbəbilə 2 nəfər tüstüdən zəhərlənmə ilə Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə yerləşdirilib.

TƏBİB-dən Trend-ə verilən məlumata görə, bir nəfərə tüstüdən zəhərlənmə, bir nəfərə sol əlin travması, 1 nəfərə stressə qarşı reaksiya səbəbilə yerində yardım göstərilib.

Qeyd edək ki, TƏBİB-in tabeliyindəki Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına saat 18:22 radələrində “Sədərək” ticarət mərkəzində yanğın olması ilə bağlı çağırış daxil olub.

Yanğın səbəbilə hadisə yerinə 4 təcili tibbi yardım briqadası cəlb olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti