...

Quba, Qusar və Xaçmazda 35 yol qəzası olub, 69 avtomobilə ziyan dəyib

Hadisə Materials 9 Yanvar 2023 10:29 (UTC +04:00)
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

Son iki gün ərzində kəskin hava şəraiti ilə əlaqədar Quba, Qusar və Xaçmaz rayonları ərazisində 35 yol nəqliyyat hadisəsi baş verib.

DİN Mətbuat Xidmətinin Quba regional qrupundan Trend-ə verilən məlumata görə, son iki gün ərzində qarlı hava şəraiti ilə bağlı Qusarda 7 (07.01.23 - 2- 08.01.23 - 5) nəqliyyat hadisəsi olub, nəticədə 1 nəfər yüngül xəsarət alıb, 16 avtomobilə zərər dəyib.

Xaçmazda 13 (07.01.23 - 4 - 08-01-23 - 9) nəqliyyat hadisəsi olub, nəticədə 1 nəfər yüngül xəsarət alıb, 26 avtomobilə zərər dəyib."

Qubada 15 (07.01.23 - 6 - 08.01.23 - 9) nəqliyyat hadisəsi olub, nəticədə xəsarət alan olmayıb, 27 avtomobilə zərər dəyib."

Məqalədə:
Xəbər lenti

Xəbər lenti