Bakı. Trend:
Saatlı şəhərində “Azərbaycan Dəmir Yolları” QSC-yə məxsus Beyləqan-Daşburun istiqaməti ilə hərəkət edən 8 ədəd vaqondan ibarət yük qatarının bir vaqonunda 300 m² sahədə taxta şpal yanıb.
Fövqəladə Hallar Nazirliyindən Trend-ə bildirilib ki, teplovoz və digər vaqonlar yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.