...

İsmayıllıda son bir ayda vətəndaşlardan 20 tüfəng götürülüb (FOTO)

Hadisə Materials 4 Fevral 2023 17:05 (UTC +04:00)
İsmayıllıda son bir ayda vətəndaşlardan 20 tüfəng götürülüb (FOTO)
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silahların aşkar edilərək götürülməsi istiqamətində növbəti əməliyyat tədbirləri keçirilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Trend-ə verilən məlumata görə, son iki gün ərzində keçirilən tədbirlər zamanı rayon sakinləri- Mətləb Alıyev, Vüsal Mahmudov, Aydın Teymurov və Əlisahab Əlizadədən müvafiq sənədləri olmayan müxtəlif markalı ov tüfəngləri götürülüb. Həmin şəxslər barəsində protokollar tərtib edilərək baxılması üçün rayon məhkəməsinə göndərilib.

Son 1 ay ərzində rayon polis şöbəsinin əməkdaşları tərəfindən bu istiqamətdə keçirilən tədbirlər nəticəsində isə vətəndaşlardan qanunsuz olaraq saxladıqları 20 tüfəng aşkar edilərək götürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti