Bakı. Trend:
Bakıda vətəndaşları aldadaraq külli miqdarda dələduzluqda təqsirləndirilən Firidun Qənbərovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Trend-in məlumatına görə, hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.
Məhkəmənin hökmü ilə F.Qənbərov 11 il azadlıqdan məhrum edilib.
Xatırladaq ki, F.Qənbərov Bakıda vətəndaşların etibarından sui-istifadə edərək onlara qarşı külli miqdarda dələduzluqda təqsirləndirilib. Ona qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsi ilə ittiham irəli sürülüb.