...

Biləsuvarda yol-nəqliyyat hadisəsi baş verib: 1 ölü, 7 yaralı

Hadisə Materials 19 Fevral 2023 07:51 (UTC +04:00)
Biləsuvarda yol-nəqliyyat hadisəsi baş verib: 1 ölü, 7 yaralı
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

Fevralın 18-də saat 19 radələrində Biləsuvar rayonu Arazvari kəndi ərazisində 1 ölüm və 7 xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

DİN-in mətbuat xidmətindən Trend-ə bildirilib ki, baş verən qəzada 2 minik avtomobili toqquşub. Nəticədə “VAZ 21 07” markalı minik avtomobilinin sürücüsü 1949-cü il təvəllüdlü Hidayət Rzayev ölüb, 2 sərnişini və “VAZ 21 06” markalı minik avtomobilin sürücüsü və 4 sərnişini müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti