...

Mingəçevirdə cərrahiyyə zamanı tənzif xəstənin qarın boşluğunda unudulub?

Hadisə Materials 28 Fevral 2023 16:31 (UTC +04:00)
Mingəçevirdə cərrahiyyə zamanı tənzif xəstənin qarın boşluğunda unudulub?

Trend-i buradan izləyin

Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

“Mingəçevir Şəhər Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsində cərrahi əməliyyatın düzgün icra edilməməsi barədə müraciət əsasında şəhər prokurorluğuna araşdırma aparılıb.

Mingəçevir şəhər prokurorluğundan Trend-in sorğusuna cavab olaraq bildirilib ki, araşdırma zamanı həmin tibb müəssisəsinin mama-ginekoloqu Leyla Cəfərova tərəfindən Aysel Qurbanovanın üzərində həyata keçirilmiş cərrahi əməliyyat zamanı qarın boşluğunda tənzif unudulmasına əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Cinayət Məcəlləsinin 314.1-ci (səhlənkarlıq) maddəsi ilə cinayət işi başlanıb.

Hazırda istintaq davam edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti