...

Qanunsuz ov edən şəxslər cəzalandırılıb

Hadisə Materials 15 Mart 2023 09:30 (UTC +04:00)
Qanunsuz ov edən şəxslər cəzalandırılıb
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı Xəzər dənizinin Bakı, Sumqayıt şəhərləri, Astara, Xaçmaz, Siyəzən rayonları akvatoriyasında və Mingəçevir su anbarında qanunsuz balıq ovlayan şəxslər saxlanılıb.

Xidmət rəsmisi Bəhruz Məhəmmədov Trend-ə bildirib ki, araşdırma zamanı qanunsuz balıq ovlayan şəxslərin Sabirabad rayon sakini Zülfüqar Məmmədov, Mingəçevir şəhər sakini Vasiliy Yepifansev, Yevlax rayon sakini Elçin Məmmədov, Şəmkir rayon sakini Vüqar Məmmədov, Bərdə şəhər sakini Taleh Rəhimov, Sumqayıt şəhər sakini Nicat Əlipaşayev, Xaçmaz rayon sakinləri İlqar İsrafilov və Pərviz Əzizov, Siyəzən rayon sakinləri Adgözəl Hümbətov, Möhsüm Ağayev, Ramir Şərifov, Nail Hümmətov, Astara şəhər sakini Bayram Şiriyev olduğu müəyyən edilib və onlardan istifadəsi qadağan olunmuş ov alətləri götürülüb.

“Ölkə ərazisində keçirilən nəzarət tədbirləri zamanı su hövzələrindən ümumilikdə 1744 metr uzunluğunda 27 ədəd sintetik tor yığışdırılıb”.

B.Məhəmmədov qeyd edib ki, eyni zamanda, Sarısu Ovçuluq Təsərrüfatının ərazisində Laçın rayon sakini Rəşad Cavadov ov qaydalarını pozduğuna görə saxlanılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti