...

Bakıda avtomobilində qanunsuz “Makarov” gəzdirən şəxs saxlanılıb (FOTO/VİDEO)

Hadisə Materials 27 Mart 2023 12:17 (UTC +04:00)
Bakıda avtomobilində qanunsuz “Makarov” gəzdirən şəxs saxlanılıb (FOTO/VİDEO)

Bakı. Trend:

Nəsimi Rayon Polis İdarəsinin əməkdaşlarının daxil olmuş əməliyyat məlumatı əsasında həyata keçirdikləri tədbir nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan əvvəllər məhkum olunmuş Səbuhi Quliyev saxlanılıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, onun üzərindən 3 qram heroin aşkar edilib. Əməliyyat tədbirlərinin davamı olaraq Səbuhi Quliyevin idarə etdiyi avtomobildən ona məxsus 1 ədəd “Makarov” markalı tapança, daraq və 8 ədəd patron aşkar edilərək götürülüb. Səbuhi Quliyev odlu silahı bir neçə ay əvvəl əldə etdiyini, lakin polisə təhvil verməyərək özündə saxladığını bildirib.

Faktla bağlı toplanan materiallar Nəsimi Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib, arşadırmalar davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti