...

Ağcabədidə sərnişin avtobusu minik avtomobili ilə toqquşub (FOTO)

Hadisə Materials 31 Mart 2023 13:17 (UTC +04:00)
Ağcabədidə sərnişin avtobusu minik avtomobili ilə toqquşub (FOTO)
Aslan Məmmədli
Aslan Məmmədli
Bütün xəbərlər

Ağcabədi. Trend:

Ağcabədidə sərnişin avtobusu minik avtomobili ilə toqquşub. Hadisə şəhərin H.Əliyev prospektində baş verib.

Trend-in yerli müxbirinin xəbərinə görə, "Mercedes" markalı 04 BO 112 dövlət nömrəli sərnişin avtobusu "VAZ"2107 markalı 10 OF 442 dövlət nömrəli minik maşını ilə toqquşub.

Qəza zamanı 2 nəfər xəsarət alıb. Yaralılar Ağcabədi Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti