...

Bakıda metrostansiyaya xlor dağılıb

Hadisə Materials 31 Mart 2023 15:33 (UTC +04:00)
Bakıda metrostansiyaya xlor dağılıb
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

Bakıda metrostansiyaya xlor dağılıb.

Bakı Metropoliteninin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, hadisə metronun "Gənclik" stansiyasında baş verib.

Stansiyanının vestibülündə bir sərnişinin əlindən içərisində xlor maddəsi olan şüşə balon düşüb. Maye buxarlanması olub. Dərhal müvafiq tədbirlər görülüb, o cümlədən, balonun düşdüyü yer təmizlənib.

"Daşınan kimyəvi təmizləyici maddənin toz halında olan digər təmizləyici (xlor) maddə ilə reaksiyaya girməsi nəticəsində ani alışma baş verib. Operativ şəkildə müdaxilə edilib, bütün müvafiq təhlükəsizlik tədbirləri görülüb. Səernişinlər arasında xəsarət alan olmayıb. Hazırda araşdırma davam edir. Onu da qeyd edək ki, həmin təmizləyici maddənin metropoliten daxilinə buraxılmasına məhdudiyyət yoxdur", - məlumatda bildirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti