...

Ağdam sakini Bərdədə meşə ərazisini qanunsuz şumlayıb

Hadisə Materials 31 Mart 2023 17:07 (UTC +04:00)
Ağdam sakini Bərdədə meşə ərazisini qanunsuz şumlayıb
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

Dövlət Ekoloji Təhlükəsizlik və Meşələrin İnkişafı Xidmətlərinin əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı Bərdə meşəbəyliyinin 1 saylı dolayında qanunsuz şumlama işlərinin aparıldığı və nəticədə ağac və kol bitkilərinin məhv edildiyi müəyyən edilib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəsmisi Bəhruz Məhəmmədov Trend-ə bildirib ki, aparılan araşdırma zamanı ağac və kolların Ağdam rayonu, İsmayılbəyli kənd sakini Həsən Həsənov tərəfindən məhv edildiyi məlum olub.

Faktla bağlı akt tərtib edilib: “Meşə təsərrüfatına dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi məqsədilə toplanmış materiallar Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilməsi üçün hazırlanır”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti