...

Biləsuvarda baş verən partlayışdan sonra dağıntılar altından daha bir nəfər sağ çıxarılıb (VİDEO)

Hadisə Materials 24 Aprel 2023 20:45 (UTC +04:00)
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən həyata keçirilən operativ axtarış-xilasetmə tədbirləri sayəsində dağıntılar altından daha bir nəfər sağ çıxarılaraq təcili tibbi yardım briqadasına təhvil verilib.

FHN-dən Trend-ə bildirilib ki, axtarış-xilasetmə əməliyyatı davam edir.

Daha əvvəl bir nəfərin sağ çıxarıldığı barədə məlumat verilmişdi.

Qeyd edək ki, Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Biləsuvar şəhərində beşmərtəbəli yaşayış binasında partlayış baş verməsi barədə ilkin məlumat daxil olub və dərhal FHN Dövlət Yanğından Mühafizə Xidməti Biləsuvar Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri çağırış üzrə cəlb olunub.

Hadisə yerində əməliyyat şəraitinin ilkin qiymətləndirilməsi zamanı beşmərtəbəli yaşayış binasının beşinci mərtəbəsində yerləşən mənzildə baş vermiş partlayış nəticəsində mənzilin tavanı və dam örtüyünün çökdüyü müəyyən edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti