...

Ağcabədidə çaydan hərbi sursatlar aşkarlandı (VİDEO)

Hadisə Materials 25 Aprel 2023 09:24 (UTC +04:00)
Ağcabədidə çaydan hərbi sursatlar aşkarlandı (VİDEO)
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

Ağcabədi rayonunda hərbi sursat aşkar edilib.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Trend-ə verilən məlumata görə, Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə Qarqar çayının yatağından sursat aşkar edilib.

Belə ki, oradan 4 ədəd qumabaraatan mərmisi, 88 ədəd avtomat patronu və 2 ədəd avtomata aid hissələr götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti