...

Narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən 16 nəfər saxlanıldı (FOTO)

Hadisə Materials 28 Aprel 2023 16:17 (UTC +04:00)
Narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən 16 nəfər saxlanıldı (FOTO)

Bakı. Trend:

Yevlax rayonunda aprel ayı ərzində keçirilən əməliyyatlar zamanı narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən 16 nəfər saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Trend-ə verilən məlumata görə, Yevlax Rayon Polis Şöbəsinin əməkdaşlarınıın rayon ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən şəxslərə qarşı əməliyyat tədbirləri aprel ayı ərzində də qətiyyətlə davam etdirilib.

Bu əməliyyatlar zamanı Narkotiklərlə Mübarizə Qrupunun əməkdaşları tərəfindən 16 nəfər müəyyən edilərək istintaqa təhvil verilib, onlardan 8 nəfər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Saxlanılan şəxslərdən heroin, metamfetamin və marixuana kimi narkotik vasitələr aşkar edilərək götürülüb. Bu tədbirlər zamanı 3 kiloqrama yaxın sadalanan narkotik vasitələrin qanunsuz dövriyyədən çıxarılması təmin edilib. Həmçinin saxlanılan şəxslərdən bir neçəsinin oğurluq əməlləri törətdiyi də müəyyən olunub. Oğurlanan əşyalar da aşkarlanaraq öz sahiblərinə geri qaytarılıb.

Yevlax rayonu ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı tədbirlər polis əməkdaşları tərəfindən davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti