...

Ağsuda 1 tondan artıq çətənə kolu məhv edilib (FOTO)

Hadisə Materials 29 May 2023 11:11 (UTC +04:00)
Ağsuda 1 tondan artıq çətənə kolu məhv edilib (FOTO)

Bakı. Trend:

Ağsu Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri “Xaş-xaş-2023” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində rayon ərazisində yabanı halda bitən narkotik tərkibli bitkilər aşkar edilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Trend-ə verilən məlumata görə, keçirilən tədbir zamanı Ağsu dolaylarında yabanı halda bitən, ümumi çəkisi 1 tondan artıq olan 2763 ədəd çətənə kolu kökündən çıxarılıb və yandırılaraq məhv edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti