Bakı. Trend:
Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının hərbi qulluqçusu Ş.Əmiraslanov bu gün keçirilən təlim zamanı odlu silahla ehtiyatsız davranması nəticəsində açılmış atəşdən xəsarət alıb.
Bu barədə Trend-ə DİN-dən məlumat verilib.
Bildirilib ki, o, xəstəxanaya çatdırılıb, lakin həkimlərin səyinə baxmayaraq vəfat edib.