...

İrandan Azərbaycana qanunsuz yolla keçmək istəyən 3 nəfər saxlanılıb

Hadisə Materials 3 İyun 2023 12:13 (UTC +04:00)
İrandan Azərbaycana qanunsuz yolla keçmək istəyən 3 nəfər saxlanılıb

Bakı. Trend:

İyun ayının 2-də saat 22 radələrində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Lənkəran” sərhəd dəstəsinin xidməti ərazisində keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində dövlət sərhədini pozan Əfqanıstan İslam Respublikası vətəndaşları Hevad Əsədziya Həbibulrəhman oğlu, Feyzi Əbdülbasid Əbdülzahir oğlu və Həbibi Mutyullah Əbdülmətin oğlu saxlanılıb.

Bu barədə Trend-ə Dövlət Sərhəd Xidmətindən məlumat verilib.

Bildirilib ki, fakt üzrə istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti