...

Bakıda aptekdən uşaq yeməkləri oğurlayan şəxs həbs edildi

Hadisə Materials 8 İyun 2023 16:23 (UTC +04:00)
Bakıda aptekdən uşaq yeməkləri oğurlayan şəxs həbs edildi

Trend-i buradan izləyin

Bakı. Trend:

Mayın 4-də Yeni Günəşli qəsəbəsi ərazisində yerləşən apteklərin birindən uşaq yeməkləri oğurlamaqda şübhəli bilinən qəsəbə sakini 21 yaşlı İlkin Məmişov polis əməkdaşları tərəfindən saxlanılıb.

Bu barədə Trend-ə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı Nurlan Əliyev məlumat verib.

Məhkəmənin qərarı ilə o, 20 sutka inzibati qaydada həbs edilib.

Onun uşaq yeməyini övladı üçün oğurlaması iddiaları həqiqəti əks etdirmir.

Belə ki, Suraxanı RPİ 33-cü Polis Bölməsinində aparılan araşdırmalarla onun uşaq yeməklərini satmaq məqsədilə oğurlaması məlum olub və o, bunu izahatında da etiraf edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti