...

Buzovnada 2 nəfər dənizdə batıb

Hadisə Materials 20 İyun 2023 19:21 (UTC +04:00)
Buzovnada 2 nəfər dənizdə batıb

Bakı. Trend:

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi yaxınlığında dənizdə (ən yaxın sularda xilasetmə məntəqəsindən təqribən 2 km aralı, nəzarətsiz ərazi) 2 nəfərin batması barədə məlumat daxil olub.

FHN-dən Trend-ə verilən məlumata görə, FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin "Zuğulba" dalğıc-axtarış qrupunun dalğıc-xilasediciləri axtarışlara cəlb olunub.

Əlavə məlumat veriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti