...

Neftçalada qatar yük maşınını vurub, sürücü ölüb

Hadisə Materials 23 İyun 2023 18:25 (UTC +04:00)
Neftçalada qatar yük maşınını vurub, sürücü ölüb

Bakı. Trend:

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Neftçala rayonunun Qaçaqkənd kəndində dəmiryolu keçidində yük qatarı və yük avtomobilinin toqquşması nəticəsində sürücünün avtomobilin altında qalması barədə məlumat daxil olub.

Bu barədə FHN-dən Trend-ə verilən məlumata görə, FHN-nin Muğan Regional Mərkəzinin xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.

Həyata keçirilən tədbirlər nəticəsində sürücünün meyiti nəqliyyat vasitəsinin altından çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti