Bakı. Trend:
İntensiv yağıntıların törətdiyi fəsadların aradan qaldırılması
istiqamətində Fövqəladə Hallar Nazirliyi tərəfindən zəruri
tədbirlərin görülməsi davam etdirilir.
Bu barədə Trend-ə FHN-dən mlumat verilib.
Bildirilib ki, Fövqəladə Hallar Nazirliyinin “112” qaynar
telefon xəttinə Gəncə şəhəri, Yeni Gəncə yaşayış massivində
intensiz yağışlar nəticəsində bəzi ərazilərin subasmaya məruz
qalması barədə daxil olan məlumatla əlaqədar dərhal FHN-in Gəncə
Regional Mərkəzinin qüvvələri yağıntıların törətdiyi fəsadların
aradan qaldırılması işlərinə cəlb olunub.
FHN-in qüvvələri tərəfindən su basmış yerlərdən suyun çəkilərək
kənarlaşdırılması təmin edilib.