Bakı. Trend:
İyulun 2-də Sumqayıt şəhər sakini 1998-ci il təvəllüdlü Arif Muxtarovun aldığı xəsarətlərdən xəstəxanada ölməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub.
Sumqayıt şəhər prokurorluğundan Trend-ə verilən məlumata görə, araşdırma zamanı 1998-ci il təvəllüdlü Əkbər Vəliyevin iyulun 1-də Sumqayıt şəhəri ərazisində aralarında yaranmış mübahisə zamanı bacısının əri Arif Muxtarova bıçaqla xəsarətlər yetirməsi və zərəçəkmişin növbəti gün həmin xəsarətlərdən xəstəxanada ölməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Sumqayıt şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü maddəsilə (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) cinayət işi istintaq edilir. Əkbər Vəliyev iş üzrə şübhəli şəxs qismində tutulub.