...

Novxanıda 46 yaşlı kişi qətlə yetirilib, saxlanılan var

Hadisə Materials 12 İyul 2023 01:09 (UTC +04:00)
Novxanıda 46 yaşlı kişi qətlə yetirilib, saxlanılan var
Asif Mehman
Asif Mehman
Bütün xəbərlər

Bakı. Trend:

İyulun 11- də saat 21 radələrində Abşeron rayonu Novxanı kəndində 1977-ci il təvəllüdlü Qasımov Şahlar Müseyib oğlunun kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Trend-ə bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunan 1980-ci il təvəllüdlü Əliyev Cavanşir Əli oğlu polis əməkdaşları tərəfindən saxlanılıb.

İlkin məlumata görə, cinayət hadisəsi şəxsi münasibətlər zəminində baş verib.

Araşdırma aparılır.

Xəbər lenti

Xəbər lenti