...

Evdən pul və telefon oğurlayan keçmiş məhkum tutuldu

Hadisə Materials 20 İyul 2023 10:58 (UTC +04:00)
Evdən pul və telefon oğurlayan keçmiş məhkum tutuldu
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Sabunçu qəsəbəsində evdən oğurluq olub.

DİN-dən Trend-ə verilən məlumata görə, Sabunçu RPİ 12-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində iyulun 17-də Ramana qəsəbəsindəki evlərin birindən 275 manat pul və mobil telefonu soyğunçuluq yolu ilə talamaqda şübhəli bilinən Neftçala rayon sakini, əvvəllər məhkum olunmuş Elmir Abbasov müəyyən olunaraq saxlanılıb.

Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti