...

“Aztelekom”dan FETÖ əməliyyatı xəbərinə RƏSMİ REAKSİYA

Hadisə Materials 10 Avqust 2023 12:06 (UTC +04:00)
“Aztelekom”dan FETÖ əməliyyatı xəbərinə RƏSMİ REAKSİYA
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Müxtəlif mətbuat orqanlarında "Aztelekom" telekommunikasiya şirkətində FETÖ əməliyyatı keçirildiyi və həbs olunanların olduğu deyilirdi.

Məsələ ilə bağlı Trend "Aztelekom"a sorğu ünvanlayıb.

"Müxtəlif kütləvi informasiya vasitələrində hüquq-mühafizə orqanları tərəfindən qurumda iki şəxsin həbs edilməsi barədə yayılan məlumatla bağlı bildirmək istəyirik ki, "Aztelekom" MMC-yə hüquq-mühafizə orqanları tərəfindən mövzu ilə əlaqədar hər hansı sorğu, məlumat və s. daxil olmayıb", - sorğuya cavab olaraq "Aztelekom"dan bildirilib.

"Bu kimi təsdiqini tapmayan məlumatların hansı səbəblərdən kütləvi informasiya vasitələrinə sızdırılması “Aztelekom” tərəfindən araşdırılır. Media nümayəndələrini rəsmi təsdiqini tapmayan məlumatları paylaşmamağa çağırırıq", - qurumun məlumatında qeyd edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti