...

Balakəndə evdə yanğın olub

Hadisə Materials 12 Avqust 2023 20:02 (UTC +04:00)
Balakəndə evdə yanğın olub

Bakı. Trend:

Balakən rayonunda yanğın qeydə alınıb.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, rayonun Hənifə kəndində ümumi sahəsi 416 m² (hər mərtəbəsi 208 m²) olan ikimərtəbəli 7 otaqlı evin 2-ci mərtəbəsində 4 otağın yanar konstruksiyaları və dam örtüyü 208 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti