...

Mingəçevirdə ağır yol-nəqliyyat hadisəsi baş verib

Hadisə Materials 15 Sentyabr 2023 03:19 (UTC +04:00)
Mingəçevirdə ağır yol-nəqliyyat hadisəsi baş verib

Bakı. Trend:

Sentyabrın 14-ü saat 23:30 radələrində Mingəçevir şəhər ərazisində “Lexus” markalı avtomobilin sürücüsü Elmar Allahverdiyevin idarəetməni itirməsi nəticəsində avtonəqliyyat vasitəsi yoldan çıxaraq işıq dirəyinə çırpılıb.

DİN-in mətbuat xidmətinin regional qrupundan Trend-ə bildirilib ki, nəticədə avtomobildəki sərnişin, 1994-cü il təvəllüdlü Rahimə Allahverdiyeva aldığı xəsarətlərdən hadisə yerində ölüb, sürücü və ikisi azyaşlı olmaqla üç sərnişin müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti