...

İstanbulda atışma oldu - Bir azərbaycanlı yaralandı

Hadisə Materials 15 Sentyabr 2023 13:25 (UTC +04:00)
İstanbulda atışma oldu - Bir azərbaycanlı yaralandı

Bakı. Trend:

Türkiyənin İstanbul şəhərindəki kafelərdən birinə silahlı hücum olub, nəticədə bir azərbaycanlı yaralanıb.

Trend xəbər verir ki, bu barədə “Anadolu” agentliyi məlumat yayıb.

Bildirilib ki, motosikletlə hərəkət edən iki şübhəli kafeyə atəş açıblar. Bundan sonra içəridəki bir qrup şəxs də hücum edənlərə silahlarla cavab verib.

Polisin keçirdiyi əməliyyat nəticəsində 7 şübhəli saxlanılıb. Onlardan 6-nın İsveç vətəndaşı olduğu bildirilib. Onların motosikleti və yaşadıqları ünvana baxış zamanı 3 tapança, tüfəng, narkotik maddə və güllə ələ keçirilib.

Şübhəlilərdən 5-i həbs edilib. Onlardan biri sərbəst buraxılıb, biri isə deportasiya edilib.

Məlumata görə, yaralanan azərbaycanlının həyati təhlükəsi yoxdur.

O, xəstəxanaya yerləşdirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti