...

Bakıda yol qəzası olub, polis əməkdaşı həlak olub

Hadisə Materials 26 Sentyabr 2023 23:49 (UTC +04:00)
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Paytaxtın Xəzər rayonu Qala qəsəbəsində polis nəfəri xidmət vaxtı həlak olub.

DİN-in mətbuat xidmətindən Trend-ə bildirilib ki, sentyabrın 26-da saat 22:30 radələrində Qala-Mərdəkan yolunda “Mercedes” markalı avtomobillə xidmətdə olan polis nəfəri, 1983-cü təvəllüdlü Məlikov Eyvaz İslam oğlu yol-nəqliyyat hadisəsi keçirib.

O, hadisə nəticəsində həyatını itirib.

Araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti